11 aprel 2016, 19:11

Lətif Həmidovdan, Tərtər, Azərbaycan

Cənab Ali Baş Komandan.

Biz - Tərtər rayonunun Qapanlı kənd sakinləri təmas xəttində yaşayırıq. Qapanlı kəndində elə ev yoxdur ki, orada düşmənin atəş izləri olmasın. Evimizin içində, əkin-biçin vaxtı bizi atəşə tuturlar. Hətta toy mağarına da atəş açmışdılar ki, nəticədə iki qadın, bir azyaşlı yaralanmışdı. Ancaq heç birimiz kəndi tərk etməmişik. Nə əvvəllər, nə də bu günlərdə düşmənin təxribatına layiqli cavab veriləndə. Çünki Vətənimizi sevir, Ali Baş Komandanımıza, Milli Ordumuza güvənirik. Tanrı Sizi və xalqımızı qorusun.

Hörmətlə,

Həmidov Lətif Moruq oğlu.

Azərbaycan Respublikası, Tərtər rayonu.