12 aprel 2016, 16:00

Xəyalə Həsənovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu dəfə məktubumu yoldaşımın xahişi ilə yazıram. Cənab Prezidentim, yoldaşım həddən ziyadə vətənpərvər bir insandır və mahiyyətini dərk etmədən törətdiyi bir xətaya görə həbs olunub. Sizdən dönə-dönə ön cəbhəyə getməsinə izn verməyinizi onun adından xahiş etməyimi istəyib. Hörmətli Prezidentim, yoldaşım Həsənov Elçin Vilayət oğlu və mən ön cəbhəyə getməyə hazır olduğumuzu bildirmək istəyirik. Mən də tibb bacısı olaraq iştirak edib Vətənimizə layiq addımlar atmağa hazıram! Körpələrimizi valideynlərimizə və bacılarıma həvalə edib xalqımla irəli addımlamağa, onunla birgə olmağa mən də varam!

Öncədən təşəkkür edirəm.

Hörmətlə,

Həsənova Xəyalə Muxtar qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.