13 aprel 2016, 13:30

Kazım Pankardan, Qaziantep, Türkiyə

Hörmətli və çox dəyərli Prezidentim.

Son günlər Azərbaycan Ordusunun əldə etdiyi uğurlar bizi də çox sevindirdi. Televizorda gördüm ki, cəbhədə yenə narahatçılıqdır və ermənilər yenə də rahat dayanmırlar. Azərbaycan Ordusunun gücünü və qüdrətini gördük. Onun torpaqlarımızı azad etməyə qadir olduğuna inanırıq. Ancaq bildirirəm ki, mənə ehtiyacınız olarsa Sizin bircə çağırışınızla azərbaycanlı əsgərlərlə çiyin-çiyinə vuruşmağa və lazım gələrsə şəhid olmağa hazıram.

Hörmətlə,

Kazım Pankar

Türkiyə Respublikası, Qaziantep şəhəri.