13 aprel 2016, 15:30

İlqar Qasımov və Muxtar Babayevdən, Tərtər, Azərbaycan

Cənab Ali Baş Komandan.

Tərtər düşmən üçün həmişə alınmaz qala olub. Aprelin əvvəlində gedən döyüşlərdə bunun bir daha şahidi olduq. Şəhidimiz də oldu, yaralılarımız da, ancaq doğma ocağı tərk etmədik. Çünki Sizə - Ali Baş Komandana, Milli Ordumuza güvəndik. Bu günlərdə ordu ilə xalq öz birliyini, gücünü, qüdrətini bir daha nümayiş etdirdi.

İnanırıq ki, Azərbaycanın üçrəngli bayrağı tezliklə işğal altında olan bütün Qarabağ torpağında dalğalanacaq. Tanrı Sizi qorusun.

Tərtər rayon Həsənqaya kəndinin sakinləri adından hörmətlə,

İlqar Qasımov

Muxtar Babayev.

Azərbaycan Respublikası, Tərtər rayonu.