Gerb

13 aprel 2016, 17:51

Möhtərəm Prezident.

Bir Azərbaycan qadını, Azərbaycan vətəndaşı, eyni zamanda, şəhid anası kimi Sizdən xahiş edirəm ki, məni ön cəbhəyə göndərəsiniz. Mən də əsgər balalarımıza kömək göstərmək, onlara yardım etmək, Vətənə olan borcumu layiqincə yerinə yetirmək istəyirəm. İyirmi bir ildir ki, düşmən sinəmizə dağ çəkib. Allah onlara lənət etsin. Əgər ölsəm Vətən sağ olsun, Azərbaycan sağ olsun, sağ qalsam Ali Baş Komandanımızla birgə doğma Qarabağımıza, o cümlədən Şuşaya, Kəlbəcərə, Ağdama bayraq əbədi sancmaq istərdim.

Var olsun Prezidentimiz, var olsun Ali Baş Komandanımız. Mənfurlara ar olsun. Yaşasın Azərbaycan! Allah Sizə yar olsun.

Hörmətlə,

Mövlayeva Valiyə, şəhid anası.

Azərbaycan Respublikası, Bakı şəhəri.