14 aprel 2016, 12:15

İlham Əmirovdan, Cəlilabad, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan,

Erməni işğalçılarının növbəti təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Sizin rəhbərliyiniz altında Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən cavab tədbirlərini alqışlayır, sürətli əks-həmlə zamanı strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqəsinin düşməndən tam azad olunmasına ürəkdən sevinirik. İnanırıq ki, yaxın zamanda Azərbaycanın şanlı bayrağı Şuşa, Xankəndi və bütün Qarabağda dalğalanacaq. Torpaqlarımızın bütövlüyü uğrunda canını belə əsirgəməyən övladlarımızın vətənpərvər ruhda böyüməsi, qəhrəmanlıq göstərməsi Sizin əməyinizin bəhrəsidir.

Fəxr edirəm ki, Sizin kimi müdrik, qətiyyətli, xalqını və dövlətini sevən dövlət başçımız, rəhbərimiz var. Sizə uzun ömür, möhkəm cansağlığı və uğurlar arzulayıram.

Hörmətlə,

Əmirov İlham Etibar oğlu

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Sərhədabad kəndi.