Hökümə Xəlilovadan, Bişkek, Qırğızıstan
14 aprel 2016, 16:00
Hörmətli cənab Prezident.
Sizin qətiyyətli mövqeyinizi daim dəstəkləyirəm. Otuz beş ildir Vətəndən uzaqlarda yaşayan bir yaradıcı ziyalı kimi həm də siyasətinizin təbliği ilə də məşğulam. Son günlər işğal altındakı torpaqlarımızın bir hissəsinin azad edilməsi istiqamətində göstərdiyiniz qətiyyətinizdən ruhlanaraq Sizə həsr etdiyim bu şerimlə ürək çırpıntılarımı ifadə etmək istəyirəm.
Ürəkdən süzülən duyğular, Vətənimin igid oğlu,
Qəti sözlü uca boylu,
Hikmət dolu həm qüdrətli,
Dağlar qədər əzəmətli.
Yaramıza məlhəm kimi Onun gələn xoş sədası,
Bütün dünya deyir bunu, əhsən sənə Heydər oğlu.
Vücuduma ilham gəlir İlham adı eşidəndə,
Damarlarda qan oynayır İlham adı eşidəndə.
Qarabağım, Xarı Bülbül,
Dilə gəlir İlham adı eşidəndə.
Xilas eylə qurtar məni,
Qoy desinlər Öndər oğlu İgid sənə.
Sinəm üstə gəzir düşmən, gəzir yağı,
Şərəfsizlər ürəyimə çəkdi dağı,
Heç yıxammaz, heç yenəmməz sən tək dağı,
Qov düşməni, vur yağını
Qoy desinlər millət oğlu Millət sənə.
Doğru deyib dahilərimiz,
Qalxan bayraq bir də enməz
Vətənə məhəbbət tükənməz, Vətən ikiyə bölünməz,
Qoy desinlər Vətən oğlu Vətən sənə.
Xanımın da özün kimi mərhəmətli,
Xoş məramlı, qızıl ürəkli Tanrıdan gələn payındır,
Sədaqətli xanımların xanımıdır, düz qamətli.
Qoy desinlər ərən oğlu Ərən sənə!...
Hörmətlə,
Xəlilova Hökümə Bəhrəm qızı. “TÜRKEL” Fondunun prezidenti, “TÜRKEL” qəzeti və “ALTIN KÖPRÜ” jurnalının baş redaktor müavini.
Qırğızıstan Respublikası, Bişkek şəhəri.