14 aprel 2016, 16:30

Sevinc Hacıyevadan, Sumqayıt, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Düşmən təxribatların qarşısının alınmasında Ordumuzun göstərdiyi cəsarətə və hünərə, xalqımızda yaratdığınız qələbə əzminə görə Sizə - Ali Baş Komandanımıza minnətdarlığımızı bildiririk. Ümid edirik ki, nəhayət, Qarabağ problemi ədalətli həllini tapacaq, torpaqlarımız erməni işğalçılarından təmizlənəcək və soydaşlarımız öz doğma ocaqlarına qayıdacaqlar.

Hörmətlə,

Hacıyeva Sevinc Sahib qızı. 

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.