Gerb

14 aprel 2016, 16:45

Hörmətli cənab Prezident İlham Əliyev.

Ötən həftə təmas xəttində baş verən döyüşlər zamanı göstərdiyiniz cəsarət, qətiyyət, mərdlik və ümidverici çıxışlarınız bizləri bir daha fərəhləndirdi və kimliyimizi bir daha yadımıza saldı. Hər zaman dediyiniz kimi, bizi biz edən milli kimliyimiz, milli-mənəvi dəyərlərimizə sahib çıxmağımız və onu qorumağımız, ən əsası isə bir çox xalqlarda olmayan dövlətçiliyimizə sadiqliyimizdir.

Cənab Prezidentim, ardıcıl xarici səfərləriniz, bu səfərlər zamanı keçirdiyiniz görüşlər və bu görüşlərdə tutduğunuz dəyişməz mövqe Azərbaycanımızın qüdrətinə, inkişafına hesablanmış bir addımdır. Sizinlə qürur duyuram. Əmin ola bilərsiniz ki, Sizin bir tək əmrinizlə həmişə yanınızdayıq. Tovuz rayon ictimaiyyəti, xüsusilə də gəncləri adından deyə bilərəm ki, daim arxanızdayıq. Allah Sizə və ailənizə möhkəm cansağlığı versin, Sizi və ailənizi qorusun.     

Hörmətlə,

Abbasov Mətləb Zahid oğlu.

Azərbaycan Respublikası, Tovuz rayonu.