14 aprel 2016, 17:20

Yusif Nəsirovdan, Ucar, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

İndi Qarabağda gedən döyüşləri görəndə həm sevinir, həm də Allaha yalvarıram ki, bizim balalarımıza qüvvət ver, qoy, torpaqlarımızı geri alsınlar. Allah, Prezidentimizə qüvvət ver!

Hörmətli Prezidentimiz, bütün xalqımız Sizinlədir. Mənim 70 yaşım var, sürücüyəm. Əgər izn versəniz, mən də cəbhəyə gedərəm. Hər halda köməyim dəyər. Onsuz da Allah qoysa, uğur bizimdir, təki Siz sağ olun. Sizi millətimiz çox istəyir.

Hörmətli Prezident, Sizdən bir azərbaycanlı kimi xahiş edirəm, mənə bir maşın versinlər, mən bayrağımızı sancaraq hara yollasanız canla-başla gedim. Biz Sizinləyik. Allah balalarımıza qüvvət versin. Mənim atam da Böyük Vətən müharibəsində həlak olub. Özüm isə Azərbaycan uğrunda can verməyə hazıram. 

Hörmətlə,

Nəsirov Yusif

Azərbaycan Respublikası, Ucar rayonu, Məlikballı kəndi.