Gerb

14 aprel 2016, 19:20

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

İcazə verin, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində hərbi vəziyyətin kəskinləşməsi ilə bağlı dərin narahatlığımı ifadə edim.

Münaqişə zonasında mülki şəxslərin və hərbi qulluqçuların həlak olması ilə bağlı Sizə dərin hüznlə başsağlığı verirəm.

Atəşkəs rejiminin tezliklə bərpa edilməsinə, həlli uzanmış bu münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, xüsusilə ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin qeyd-şərtsiz yerinə yetirilməsinə uyğun olaraq birdəfəlik həllinə ümid edirəm.

Hörmətlə,

Stepan Mesiç

Xorvatiya Respublikasının Prezidenti (2000-2010)

Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin Sədri