15 aprel 2016, 12:00

Fərid Ağahüseynovan, Azərbaycan

Cənab Ali Baş Komandan.

Ordumuzun cəbhədə  bir  neçə strateji yüksəkliyi ələ  keçirməsi  münasibətilə  Sizi  təbrik   edirik. Bu  anlarda  özümüzü Qarabağda  hiss edirik. Biz  bu  uğurları  Sizin rəhbərliyinizlə qazandıq.

Möhtərəm Prezident, ölkəmizin ərazi bütövlüyü uğrunda  döyüşlərdə vuruşmaq hər bir azərbaycanlının arzusudur. Bizim arzumuz həm də Sizin komandanlığınızla torpaqlarımızı yağı düşməndən azad etməkdir. Bu yolda Sizə və Ordumuza uğurlar arzu edirik. Bu çətin və məsuliyyətli işinizdə uğurlar diləyirik.

Hörmətlə,

Ağahüseynov Fərid, 28№-li tam orta məktəbin informatika müəllimi.