Cəmşid Məmmədovdan, Saatlı, Azərbaycan
15 aprel 2016, 13:00
Hörmətli cənab Prezident.
Ehtiyatda olan zabit, III qrup Qarabağ müharibəsi əlili olaraq Sizə müraciət edərək, bildirirəm ki, Ali Baş Komandan kimi Sizin əmrinizi hər an gözləyirəm. Mən Sizə inanıram. Bilirəm ki, mənim döyüşçü dostlarımın və qardaşlarımın qanı heç vaxt yerdə qalmayacaq. Sizin apardığınız xarici, daxili siyasəti dəstəkləyir, həmişə Sizinlə olduğumu bildirirəm.
Mən ulu öndər Heydər Əliyevin sayəsində sağ qalmışam. Ümummilli Liderimizə və Sizə olan can borcumu ödəməyə həmişə hazıram. Sizin “irəli” əmriniz gözləyirəm. Hazırda müdafiə sənayesində çalışıram, silah üzrə mütəxəssis, ustayam.
Hörmətlə,
Məmmədov Cəmşid Yusuf oğlu.
Azərbaycan Respublikası, Saatlı rayonu.