18 aprel 2016, 17:10

Rufan Qasımovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident İlham Əliyev.

Mən həbsdə olsam da, Sizin komandanlığınız altında Ordumuzun qazandığı qələbələrdən fərəhlənir və qürur duyuram. Sevinirəm ki, Uca Yaradan mənə belə sevincli hadisələrin şahidi olmağı qismət edib. Lakin mən həbsdə olduğuma görə dövlətimiz və Ordumuz üçün heç bir şey edə bilmirəm. Buna görə çox təəssüflənirəm. Odur  ki, mən Orduda yaralanan, Vətənimizin bütövlüyü uğrunda Sizin komandanlığınız altında vuruşan, böyrəyə və qana ehtiyacı olan əsgərlərimizin sağlamlığı, gələcəkdə Sizin komandanlığınız altında qələbə çalmağımız naminə öz böyrəyimi və qanımı təmənnasız olaraq verməyə hazıram.

Ümidvaram ki, mənim bu sözlərimi səmimi qəbul edərsiniz. Dua edirəm ki, işinizdə və ailə həyatınızda yeni-yeni uğurlar qazanmağınızda Uca Yaradan Sizə yardımçı olsun, Sizə möhkəm cansağlığı, xoşbəxtlik bəxş etsin.

Hörmətlə,

Qasımov Rufan Arif oğlu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan məhbus.

Azərbaycan Respublikası, Bakı şəhəri.