18 aprel 2016, 17:45

Elçin Camalovdan, Şəki, Azərbaycan

Cənab Ali Baş Komandan

Sizin ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirməyiniz nəticəsində gündən-günə çiçəklənən, vətənpərvər xalqa malik Azərbaycanın müdafiəsinə hər zaman hazıram.

Mən Füzuli və Kəlbəcər uğrunda gedən döyüşlərdə əlil olmuşam. İndi isə Sizin ətrafınızda birləşərək, torpaqlarımızı geri almaq üçün canımdan keçməyə hazıram. Ölkəmin ərazi bütövlüyü uğrunda əlimdən gələni etməyə borcluyam. Bunun üçün Sizin əmrinizi gözləyirik. Qarabağda Azərbaycanın üç rəngli bayrağı dalğalanmalıdır. Vətənimizin azadlığı və qorunması naminə gördüyünüz misilsiz işlərə görə Sizə minnətdaram. Hər an Sizinləyik, cənab Prezident! Sizinlə qürur duyuruq, cənab Ali Baş Komandan!

Hörmətlə,

Camalov Elçin Mustafa oğlu,

II qrup Qarabağ müharibəsi əlili. 

Azərbaycan Respublikası, Şəki şəhəri.