Gerb

19 aprel 2016, 11:15

Hörmətli cənab Prezident.

Dünyada cərəyan edən və ağır nəticələr verən siyasi, iqtisadi proseslərə baxmayaraq, ölkəmizdə sabitliyin qorunub saxlanılması, qlobal iqtisadi böhranın Azərbaycana mənfi təsirinin azaldılması Sizin rəhbərliyinizlə həyata keçirilən düzgün və müdrik siyasətin nəticəsidir. Sahibkarlıq sahəsində bürokratik əngəllərin aradan qaldırılmasında yaradılmış sağlam mühiti biz sahibkarlar daha yaxından hiss edir və yüksək qiymətləndiririk. Bu günlərdə müraciət etdiyim aidiyyəti orqandan heç bir maneəsiz, çox qısa müddətdə lisenziya aldım.

Möhtərəm Prezidentimiz, yaradılan bu şəraitə görə bütün kollektivimiz adından Sizə minnətdarlıq edir, xalqın rifahı naminə mürəkkəb və çoxşaxəli fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Bədirov Elmar Həqiqət oğlu, sahibkar.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.