19 aprel 2016, 11:30

Nazim Həmidovdan, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident.

Biz - İsmayıllı rayon Aşıqbayramlı kənd sakinləri Sizi salamlayır və Sizin Qaraməryəm–İsmayıllı yolunun tikintisinə göstərdiyiniz diqqətə görə minnətdarlığımızı bildiririk. Sevinc hissi ilə qeyd edirik ki, uzun müddət yararsız hala düşmüş, nəqliyyatın gediş-gəlişi üçün yaramayan bu yolun Sizin qayğınız və diqqətiniz nəticəsində yenidən qurulması, tikinti işlərinin belə sürətlə aparılması yolun tezliklə istifadəyə veriləcəyini deməyə əsas verir. Gözəl İsmayıllının infrastrukturunu sözün əsl mənasında dəyişəcək bu yol gələcəkdə rayonumuzda turizmin inkişafına təkan verəcək.

Möhtərəm Prezident, İsmayıllıda aparılan tikinti quruculuq işləri bizim gözəl diyarımızın inkişafına və daha da abadlaşmasına səbəb olub.

Sizə böyük ehtiram və sədaqətlə bildiririk ki, həmişə Sizinləyik. Bir daha Sizə minnətdarlığımızı bildiririk. Çox sağ olun.

İsmayıllı rayonunun Aşıqbayramlı kənd camaatı adından böyük hörmət və ehtiramla,

Həmidov Həmid

Babayeva Gülşən

İbadov Behbud

Babayev Tahir

Babayev Kamran

Babayeva Asudə

Bəşirov Valodiya

Abbasova Səfayə

Zahidov Mövsüm

Şükürov Şükür.

Azərbaycan Respublikası, İsmayıllı rayonu.