19 aprel 2016, 14:00

Maksim Aslanovdan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident.

Son vaxtlar Sumqayıtda həyata keçirilən abadlıq-quruculuq işləri şəhərimizin mənzərəsinə yeni çalarlar qatıb, yerli sakinlərin ovqatı, əhval-ruhiyyəsini yaxşılaşdırıb.

Çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi, köhnə liftlərin yeniləri ilə əvəz olunması, mədəniyyət və istirahət parklarının abadlaşdırılması, dənizkənarı parkın bərpa olunması, məhəllədaxili yolların əsaslı təmir edilməsi məhz Sizin Sumqayıta göstərdiyiniz qayğının nəticəsində mümkün olub.

Möhtərəm Prezidentimiz, bu işlərə görə şəhərimizin bütün sakinləri adından Sizə təşəkkürümüzü bildiririk. Gənclər şəhəri hesab Sumqayıtın Sizin diqqətiniz sayəsində daha da inkişaf edəcəyinə əminik. Sizə işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Aslanov Maksim Babakişi oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.