01 iyun 2010, 15:08

Tofiq Səmədovdan, Zərdab, Azərbaycan

Hörmətli cənab Prezident!

Rayon mərkəzindən 26 kilometr məsafədə yerləşən kəndimizin ərazisindən keçən Zərdab-Mollakənd avtomobil yolunun dünya standartları səviyyəsində təmir olunması və həmin ərazidəki kəndlərin qazlaşdırılmasına başlanılması əhalimizin əsrlərdən bəri həsrətində olduğu firavan həyata qədəm qoymasından xəbər verir. Kənd əhalisinə göstərdiyiniz qayğı və diqqətə görə, kənd ağsaqqalları adından Sizə dərin minnətdarlığımızı və xoş arzularımızı bildiririk.

Hörmətlə,

Zərdab rayonunun Şahhüseynli kəndinin ağsaqqalları adından Tofiq Səmədov və digərləri: cəmi 180 nəfər

Azərbaycan Respublikası, Zərdab rayonu, Şahhüseynli kəndi.