21 aprel 2016, 16:05

Qəlbinur İmanovdan, Çita, Rusiya

Hörmətli cənab Prezident.

Mən Qarabağda anadan olmuşam. Körpə ikən oradan çıxmışam və heç vaxt oranı görməmişəm. Fəxrlə mənim doğma torpağım var deyə bilmədiyim üçün qəhərdən boğuluram. Qürbətdə yaşayıram. Televiziya vasitəsilə Qarabağda irimiqyaslı əməliyyatlar barədə məlumat alanda hiss etdim ki, əcdadlarımın yurdunu görəcəyim gün uzaqda deyil.

Möhtərəm Prezident, sadə bir vətəndaş kimi Sizdən başladığınız işi sona çatdırmağınızı xahiş edirəm. Inşallah, biz torpaqlarımızı tezliklə geri qaytaracağıq.

Hörmətlə,

İmanov Qəlbinur Məhəmməd oğlu.

Rusiya Federasiyası, Çita şəhəri.