16:35
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından etibarən ötən iyirmi il ərzində xalqımızın ictimai-siyasi və elmi-mədəni həyatı ilə bağlı nailiyyətləri əks etdirən mühüm əhəmiyyətə malik bir sıra nəşrlər işıq üzü görmüşdür. Bununla yanaşı, respublikamıza aid xəritələr mövcud akademik nəşrlərdə lazımınca əhatə olunmamışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanın milli atlasının çapını təmin etmək məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Respublikasının Milli Atlası” nəşr edilsin.
2. “Azərbaycan Respublikasının Milli Atlası”nın redaksiya heyətinin aşağıdakı tərkibi təsdiq edilsin:
Redaksiya heyətinin sədri
Artur Rasi-zadə – Azərbaycan Respublikasının Baş naziri
Redaksiya heyəti sədrinin müavini
Mahmud Kərimov – AMEA-nın həqiqi üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Məsul katib
Qərib Məmmədov – AMEA-nın həqiqi üzvü, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri
Redaksiya heyətinin üzvləri
Elmar Məmmədyarov – Xarici işlər naziri
Şahin Mustafayev – İqtisadi inkişaf naziri
Natiq Əliyev – Sənaye və energetika naziri
Ziya Məmmədov – Nəqliyyat naziri
İsmət Abasov – Kənd təsərrüfatı naziri
Hüseynqulu Bağırov – Ekologiya və təbii sərvətlər naziri
Əbülfəs Qarayev – Mədəniyyət və turizm naziri
Misir Mərdanov – Təhsil naziri
Oqtay Şirəliyev – Səhiyyə naziri
Əli Abbasov – Rabitə və informasiya texnologiyaları naziri
Azad Rəhimov – İdman və gənclər naziri
Arif Vəliyev – Dövlət Statistika Komitəsinin sədri
Akif Əlizadə
– AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, AMEA-nın Geologiya İnstitutunun direktoru
Xoşbəxt Yusifzadə – AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti
Ağamusa Axundov – AMEA-nın həqiqi üzvü, AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın Dilçilik İnstitutunun direktoru
Əhliman Əmiraslanov – AMEA-nın həqiqi üzvü, AMEA-nın Biologiya Elmləri Bölməsinin akademik-katibi, Azərbaycan Tibb Universitetinin rektoru
Budaq Budaqov – AMEA-nın həqiqi üzvü, AMEA-nın Coğrafiya İnstitutunun direktoru
Abel Məhərrəmov
– AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin rektoru
Ziyad Səmədzadə – AMEA-nın həqiqi üzvü, Azərbaycan İqtisadçılar İttifaqının sədri
Yaqub Mahmudov
– AMEA-nın müxbir üzvü, AMEA-nın Tarix İnstitutunun direktoru, Bakı Dövlət Universitetinin kafedra müdiri
Məhərrəm Babayev – AMEA-nın müxbir üzvü, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel 2011-ci il.
Hörmətli Kasım-Jomart Kemeleviç,
Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.
Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların...
25 sentyabr 2026, 18:15Hörmətli Sərdar Qurbanquliyeviç,
Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Ötən dövr ərzində Türkmənistan böyük inkişaf yolu keçmiş, m...
25 sentyabr 2026, 15:28Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin aşağıdakı hərbi ...
25 sentyabr 2026, 15:27Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini general-mayor Allahverə...
25 sentyabr 2026, 15:26
Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib.
Prezident İlham Əliyev İrakli Kobaxidzeni ad günü münasibətilə təbrik edib, ona cansağlığı və fəaliyyətində uğurlar, həmçinin gürcü xalqına rifah ...
25 sentyabr 2026, 12:02