23 aprel 2016, 19:45

Sinan Kurtdan, Ankara, Türkiyə

Hörmətli cənab Prezident İlham Əliyev.

Qardaş və qəhrəman ölkə Azərbaycanın əbədiyaşar lideri Heydər Əliyevin layiqli oğlu, qardaş Azərbaycanın qəhrəman lideri İlham Əliyevə hörmət, ehtiram, sevgi və salamlarımı çatdırıram.

Xain Ermənistan ilə mübarizənizdə Türkiyə xalqı hər zaman sizinlədir. Bu mübarizənizdə Allah sizə kömək olsun. On canım olsa, hamısı azərbaycanlı qardaşlarım üçün fəda olsun. Mən siyasi maraqları bir olan Azərbaycanın və Türkiyənin rifahının da eyni olmasını görməyi arzulayıram.

Xain Ermənistan ordusu ilə döyüşdə sizə uğurlar arzu edirəm. Allahdan şəhid qardaşlarımızın ruhunu behiştlik etməsini diləyirəm.

Mərhum atanızın söylədiyi kimi, “Biz bir millət, iki dövlətik”. Daim sizinləyik.

Hörmətlə, 

Kurt Sinan Abdurrahman oğlu

Türkiyə Respublikası, Ankara şəhəri