25 aprel 2016, 13:00

Bəybala Hüseynov və başqalarından, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident

İmzaladığınız Sərəncamla ölkəmizdə “Sahibkarlar Günü”nün təsis edilməsi xəbəri bütün iş adamları kimi, Bakı şəhəri Səbail rayonunda fəaliyyət göstərən sahibkarları da çox sevindirdi. Həmin Sərəncam Sizin tərəfinizdən sahibkarların fəaliyyətinə olan diqqət, qayğı və dəstəyi bir daha nümayiş etdirir.

Bu diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Biz də öz növbəmizdə fəaliyyətimizlə, ölkə iqtisadiyyatına verdiyimiz töhfələrlə etimadınızı doğruldacağımıza söz veririk.

Səbail rayonunda fəaliyyət göstərən sahibkarlar adından dərin hörmətlə,

Hüseynov Bəybala

Fərzəliyev İmamverdi

Əliyev T.

Azərbaycan Respublikası, Bakı şəhəri.