25 aprel 2016, 19:10

Vəkil İbrahimovdan, Sumqayıt, Azərbaycan

Hörmətli Ali Baş Komandan.

Sumqayıt şəhər 8 saylı tam orta məktəbin kollektivi olaraq şanlı Ordumuzun zəfər yürüşünə ürəkdən sevinir və Ordumuza daim dəstək olacağımızı bir daha bildiririk. İnanırıq ki, Sizin siyasi iradəniz sayəsində ərazi bütövlüyümüz təmin olunacaq, uzun illərdir doğma yurd-yuvasından didərgin düşmüş soydaşlarımız yenidən öz ocaqlarını yandıracaq, regionda sülh bərpa olunacaqdır.

Sumqayıt şəhər 8 saylı tam orta məktəbin kollektivi adından hörmətlə,

İbrahimov Vəkil Müslüm oğlu, direktor.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.