26 aprel 2016, 18:00

Mülhazi Balakişiyev və başqalarından, Ağcabədi, Azərbaycan

Möhtərəm cənab Prezident.

Ölkəmizin iqtisadiyyatında sahibkarların artan rolunun və sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Sahibkarlar günü”nün təsis edilməsi haqqında müvafiq Sərəncamınızı Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən biz sahibkarlar və iş adamları ürəkdən alqışlayır, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi və xalqımızın işıqlı gələcəyi naminə apardığınız ardıcıl, məqsədyönlü fəaliyyətinizdə uğurlar arzulayır, Sizə ən səmimi və xoş arzularımı bildiririk.

Zati-aliləri, Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası dinamik inkişaf edərək dünyanın zəngin və inkişaf etmiş dövlətlərindən birinə çevrilib. Ölkəmizdə iqtisadi artım, siyasi və sosial sabitlik tam təmin edilib. Sizin sahibkarlara göstərdiyiniz dəstək sayəsində bütün regionlarda olduğu kimi, Ağcabədi rayonunda əhalinin məşğulluğunun artırılması, yeni iş yerlərinin yaradılması istiqamətində xeyli iş görülüb. Hazırda rayonumuzda “KRAUN-KO” MMC, “Qarabağ TAXİ” MMC iri pilot taxılçılıq təsərrüfatları, sutkalıq istehsal gücü 250 ton olan “Atena” süd məhsulları kombinatı, 3600 baş cins mal-qaranın bəsləndiyi “Aqat AQRO” MMC heyvandarlıq kompleksi, 4759 başlıq “BMS AQRO” MMC ətlik-südlük cins keçi və qoyun təsərrüfatı, illik istehsal gücü 15 min ton olan ət kəsimi kombinatı, 5000 tonluq taxıl anbarı, 1000 tonluq soyuducu anbar, sutkalıq istehsal gücü 50 ton olan asfalt zavodu, kiçik pendir emalı müəssisəsi və 2 çörək bişirmə müəssisəsi fəaliyyət göstərir. Bu, qeyri-neft sektorunun inkişafı, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi və yeni iş yerlərinin yaradılması istiqamətində dövlət siyasətinin təmin edilməsinə xidmət edir.

Hörmətli cənab Prezident, sahibkarlara göstərdiyiniz diqqət və qayğıya, yerlərdə bizim üçün yaradılan münbit şəraitə görə Sizə bir daha öz minnətdarlığımızı bildirir, ölkəmizin tərəqqisi və xalqımızın xoş gələcəyi naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzu edirik. Ulu tanrı Sizi qorusun.

Dərin hörmətlə,

Balakişiyev Mülhazi, Ağcabədi Rayon Sahibkarlar Şurasının sədri, BMS AQRO” MMC-nin təsisçisi

Rəsulov Elşad, “Atena” MMC-nin rəhbəri

Məmmədov Təyyar, “KRAUN-KO” MMC-nin icra direktoru

Abdullayev Fikrət, Qaradağ Taxıl MMC-nin icraçı direktoru

Allahverdiyev Nizami, “Xumar-98” firmasının direktoru

Yusifov İqar – “Cahidoğlu” MMC-nin baş direktoru

Abdullayev Ramil – “Məxmər-77” firmasının direktoru və başqaları (cəmi: 226 sahibkar).

Azərbaycan Respublikası, Ağcabədi rayonu.