Gerb

02 iyun 2010, 15:14

Möhtərəm cənab Prezident!

Biz, Azərbaycan Dövlət Aqrar Universitetinin 80 illiyinə həsr edilmiş yubiley tədbirlərinin iştirakçıları Sizə, ölkəmizin inkişafında müstəsna xidmətləri olan liderə müraciət etməkdən qürur duyduğumuzu bəyan edir, aqrar təhsilin və elmin inkişafına göstərdiyiniz xüsusi diqqət və qayğıya görə dərin təşəkkürümüzü bildiririk.

Yığıncaq iştirakçıları fərəh hissi ilə bildirir ki, Azərbaycan elminin və təhsilinin inkişafında, eləcə də kənd təsərrüfatı mütəxəssislərinin hazırlanmasında müstəsna rolu olan Azərbaycan Dövlət Aqrar Universiteti uzun illər ümummilli lider Heydər Əliyevin qayğısından bəhrələnmiş, şanlı tarixinə yazılmış 50 illik yubileyi və həmin təntənəli tədbirdə ulu öndərimizin universiteti “Şərəf Nişanı” ordeni ilə təltif etməsi unudulmaz xatirəyə çevrilmişdir.

Biz fəxr edirik ki, bu ənənələr bu gün də davam edir, Azərbaycan elmi və təhsili Sizin diqqət və qayğınız sayəsində müasirləşir, yeniləşir. Sizin rəhbərliyiniz altında həyata keçirilən möhtəşəm işlər, eləcə də regionların sosial-iqtisadi inkişafına və əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramları, aqrar sahədə aparılan islahatlar, qeyri-neft sektorunun inkişafına verilən dəstək hər birimizi sevindirir, ruh yüksəkliyi yaradır.

Yığıncaq iştirakçıları onu da bəyan edir ki, Azərbaycanda yeganə kənd təsərrüfatı mütəxəssisləri hazırlayan ali təhsil müəssisəmizin yüksək ada – Dövlət Universiteti statusuna layiq görülməsi, 80 illik yubileyi ərəfəsində bir qrup müəllimin əməyinin qiymətləndirilməsi ilə bağlı imzaladığınız sərəncamlar yubiley iştirakçılarına, o cümlədən kollektivimizə xoş ovqat, sevinc bəxş etmişdir.

Hörmətli cənab Prezident!

Aqrar Universitetin 80 illik yubileyinə həsr olunmuş tədbirlərin iştirakçıları Sizi əmin edirlər ki, aqrar sahənin inkişafında davamlılığın təmin olunması, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, yeni texnologiyaların kənd təsərrüfatına tətbiq edilməsi sahəsində üzərimizə düşən vəzifələri bundan sonra da uğurla davam etdirəcək və bunlar kollektivimizin gələcək fəaliyyətinin əsas prioritet istiqamətləri olacaqdır.

Universitetimizdə keçirilən yubiley tədbirlərinin iştirakçıları adından aqrar sahənin inkişafına göstərdiyiniz çox yüksək diqqət və qayğıya görə Sizə bir daha dərin minnətdarlığımızı bildirir, ölkəmizin inkişafı, xalqımızın xoşbəxt və firavan gələcəyi naminə Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Azərbaycan Dövlət Aqrar Universitetinin 80 illik yubiley tədbirlərinin iştirakçıları adından rektor, professor M.M.Sadıqov.
 

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR