İlham Əliyev Ağsu rayonuna səfərə gəlib

29 aprel 2016, 13:40
İlham Əliyev Ağsu rayonuna səfərə gəlib

Prezident İlham Əliyev Ağsu rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev məlumat verdi ki, Ulu Öndərin abidəsinin ucaldıldığı Heydər Əliyev Parkında geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Park rayon sakinlərinin sevimli istirahət mərkəzlərindən birinə çevrilib.

gallery-photogallery-photogallery-photo