|
20 aprel 2011, 21:40
“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasına gələn turistlərə viza rəsmiləşdirilməsi qaydalarının sadələşdirilməsi məqsədi ilə və Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: I. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 18, maddə 243; 1995-ci il, № 14, maddə 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 385, № 6, maddə 493; 1998-ci il, № 2, maddə 70; 2000-ci il, № 12, maddə 835; 2001-ci il, № 3, maddə 143, № 6, maddə 378, № 11, maddə 674; 2002-ci il, № 1, maddə 4, № 8, maddə 463; 2004-cü il, № 7, maddə 505; 2005-ci il, № 3, maddə 152, № 10, maddə 874; 2006-cı il, № 1, maddə 3, № 2, maddə 64, № 3, maddə 219, № 4, maddə 319, № 11, maddə 933, № 12, maddələr 1006, 1017, 1029; 2007-ci il, № 7, maddə 712, № 8, maddə 753, № 11, maddə 1053; 2008-ci il, № 3, maddə 158, № 8, maddələr 699, 701, № 10, maddə 886; 2009-cu il, № 7, maddə 519; 2010-cu il, № 3, maddə 166, № 4, maddə 276; № 11, maddə 935) aşağıdakı dəyişikliklər edilsin: 1. 13-cü maddənin ikinci hissəsi üçüncü hissə hesab edilsin və maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
“Turistlərə birdəfəlik giriş-çıxış üçün vizalar verilir. Belə vizalarda ölkədə qalma müddəti 30 günədək müəyyən edilir.”; 2.1. birinci hissə aşağıdakı redaksiyada verilsin: “Viza almaq üçün əcnəbilər gəlişin məqsəd və müddətini göstərməklə, viza verilməsi haqqında ərizə ilə (şəxsən və ya nümayəndəsi vasitəsilə) ölkəsində və ya üçüncü ölkələrdə Azərbaycan Respublikasının səfirliklərinə və konsulluqlarına, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda isə birbaşa müvafiq icra hakimiyyəti orqanına müraciət edərək, tələb olunan sənədləri və viza verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə qəbzi ərizəyə əlavə etməlidirlər. Viza rəsmiləşdirilməsi "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir.”; 2.2. ikinci-dördüncü hissələr müvafiq olaraq səkkizinci-onuncu hissələr hesab edilsin və aşağıdakı məzmunda ikinci-yeddinci hissələr əlavə edilsin:
“Turistlər viza almaq üçün turizm şirkətləri vasitəsilə müraciət edirlər. 2.3. doqquzuncu hissənin ikinci cümləsi üçüncü cümlə hesab edilsin, hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Turistlərə viza verilməsi haqqında ərizələrə müraciət edildiyi gündən ən geci on beş iş günü keçənədək baxılır.”. AXTAR:
XƏBƏRLƏR:
14 avqust 2013, 13:20
İlham Əliyev İsmayıllıda tikiş fabrikinin açılışında iştirak etmişdir
14 avqust 2013, 12:50
İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir
14 avqust 2013, 12:30
İlham Əliyev İsmayıllı rayonuna səfərə gəlmişdir
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.