04 may 2016, 14:15

Rövşən Əliyevdən, Ağdam, Azərbaycan

Cənab Ali Baş Komandan.

Sizin Ağdam, Tərtər və Bərdə rayonlarında, qoşunların təmas xəttində olmağınız bütün ağdamlıları, eləcə də məni və səngərdə dayanan əsgərlərimizi bir daha ruhlandırdı. Əgər səfərbərlik olarsa, bir keçmiş hərbçi kimi torpaqlarımız uğrunda yenidən döyüşməyə  hazıram. Ancaq inanıram ki, çox yaxın zamanda Siz torpaqlarımızı sülh yolu ilə, qan tökülmədən azad edəcəksiniz.

Cənab Ali Baş Komandan, ağdamlılar adından və öz adımdan Sizə təşəkkür edir, ailənizlə birlikdə uzun ömür, möhkəm  cansağlığı arzulayıram. Gün o gün olsun ki, Şuşaya, Laçına, Kəlbəcərin “İstisu” yaylağına səfərlər edəsiniz. Bizlər də əvvəlki kimi həmin yerlərə gəzməyə, istirahətə gedək.

Hörmətlə,

Əliyev Rövşən Ramazan oğlu,

II qrup Çernobıl əlili, Qarabağ müharibəsi veteranı.

Azərbaycan Respublikası, Ağdam rayonu, Papravənd kəndi.