Gerb

04 may 2016, 14:40

Hörmətli cənab Prezident.

Azərbaycan xalqı Sizin bir sözünüzlə, əmrinizlə döyüşə getməyə hazırdır. Baş verən son hadisələr xalqın Prezident seçimində yanılmadığını bir daha göstərdi. Cəbhə bölgəsinə səfər etməyiniz, erməni silahlı qüvvələrinin atəşlərindən zərər çəkmiş mülki şəxslərlə və hərbçilərlə görüşməyiniz bir daha nümayiş etdirdi ki, Siz hər zaman xalqın yanındasınız. Siz xalqın başını hər zaman uca tutacaq bir rəhbərsiniz.

“Fəxr edirəm ki, mən Azərbaycanlıyam” sözləri bizə ulu öndər Heydər Əliyevdən miras qalmışdır. Mən də fəxr edirəm ki, azərbaycanlıyam və Sizin kimi Ali Baş Komandanım vardır. İnanıram ki, işğal altında olan bütün torpaqlarımızı Sizin rəhbərliyinizlə geri alacağıq. Hiss edirəm ki, həmin gün çox yaxındadır.

Möhtərəm cənab Prezident, “Dost dar gündə tanınar” deyiblər. Azərbaycan xalqı və gəncləri göstərdilər ki, Sizin arxanızdadırlar. Allah Sizi bizim başımız üzərindən əksik etməsin. Hörmətlə,

Hörmətlə,

Əhmədov Emil Fuad oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.