04 may 2016, 15:00

Selçuk Gündən, Türkiyə, İstanbul

Hörmətli cənab Prezident!

Son vaxtlar ölkənizdə yaşanan hadisələri yaxından izləyirəm. Şəhidlərə görə nə qədər üzülürəmsə, erməni təxribatçılarına vurulan zərbələrə görə bir o qədər sevinirəm. Bir çoxları kimi mən də Azərbaycan və Türkiyə türklərinin hər zaman bir millətin nümayəndələri olduqlarını düşünürəm. Sizin kədəriniz kədərim, sevinciniz sevincimdir.

Mən hərbi xidmətimi jandarma kimi tamamlamışam. Əgər ehtiyac olarsa, bu haqlı mübarizəniz naminə cəbhədə azərbaycanlı qardaşlarımla çiyin-çiyinə, sevə-sevə, könüldən döyüşərəm. Bu, mənə qürur verərdi.

Tanrı Türkü qorusun!

Hörmətlə,

Gün Selçuk.

Türkiyə Respublikası, İstanbul şəhəri.