Gerb

03 may 2016, 14:30

Hörmətli cənab Prezident.

Ermənistanın cinayətkar rəhbərliyinin riyakarlığı nəticəsində son günlərdə cəbhə boyu atəşkəs rejimi kobud surətdə pozulur. Mənfur ermənilərin atdığı müxtəlif çaplı mərmilər Tərtər şəhərinin və ətraf kəndlərin ərazilərinə düşərək infrastruktura, yaşayış evlərinə, inzibati binalara zərər vurmaqdadır. Bütün bunlara baxmayaraq, tərtərlilər həmişə olduğu kimi, bu günlərdə də düşmənə mətnliklə sinə gərib Ordumuzun arxasında sipər kimi dayanmaqdadırlar.

Atəş altında olsaq da, əmək cəbhəsində işlərimizi yorulmadan davam etdiririk. Hazırda rayonumuzda su-kanalizasiya sistemi qurulur, küçələr asfaltlanır, yeni uşaq bağçası, şahmat məktəbi, kənd təsərrüfatı işçiləri üçün inzibati binalar tikilir, park salınır.

Hörmətli cənab Prezident, bu cəsarəti biz tərtərlilərə Siz vermisiniz. İnanırıq ki, rəhbərliyiniz altında Azərbaycan dövləti apardığımız mübarizədən qalibiyyətlə çıxacaqdır.

Rayon ağsaqqalları adından dərin hörmətlə,

Məhərrəmov Litvin.

Azərbaycan Respublikası, Tərtər rayonu.