06 may 2016, 12:00

Afaq Qasımovadan, Qazax, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bu günlər kollektivimiz sevinc  içərisindədir. Bu şadyanalığı bizlərə Siz bəxş etmisiniz. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialının Azərbaycanın ən nüfuzlu universiteti olan Bakı Dövlət Universitetinin filialı edilməsi barədə Sərəncamınızla filialımızı bağlamaq təhlükəsindən xilas etdiniz, qazaxlılara olan hörmət və məhəbbətinizi göstərdiniz. Ümummilli liderimiz Heydər Əliyev də Qazaxa və qazaxlılara böyük dəyər verirdi.

Möhtərəm Prezident, göstərdiyiniz bu diqqət və qayğıya görə Sizə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. İnanırıq ki, Sizin rəhbərliyiniz altında üçrəngli bayrağımız tezliklə Qarabağımızda dalğalanacaq. Bu ölkənin vətəndaşları olmağımızdan və Sizin ətrafınızda birləşməyimizdən qürur hissi duyuruq.

Hörmətlə,

Qasımova Afaq, filialın direktoru

Vəkilova Heyran, filialın dillər, ədəbiyyat və onların tədris metodikası kafedrasının əməkdaşı.

Azərbaycan Respublikası, Qazax rayonu.