10 may 2016, 19:00

Məhəmməd Yüzbaşıyev və başqalarından, Tokat, Türkiyə

Biz - Türkiyənin Tokat Gaziosmanpaşa Universitetində işləyən azərbaycanlı müəllimləri bu məktubu yazmağı özümüzə borc bildik.

Cənab Prezident, Sizin rəhbərliyiniz altında doğma Azərbaycanımızın gündən-günə inkişaf edərək, dünya dövlətləri arasında əhəmiyyətli mövqeyə yüksəlməsini Türkiyədən qürur hissi ilə izləyirik. Buna görə Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına sonsuz təşəkkür etməyi özümüzə borc bilirik. Biz də qardaş ölkədə Azərbaycanımızı layiqincə təmsil etməyə çalışırıq.

Son günlər işğalçı və təcavüzkar Ermənistan silahlı bölmələrinə qarşı şanlı Ordumuzun uğurlu əməliyyatları bizləri qürurlandırdı. Əgər ehtiyac olarsa, biz də Azərbaycan Ordumuzun sıravi əsgərləri olaraq düşmənə qarşı savaşa hazırıq.

Cənab Prezident, bir daha Sizə sonsuz təşəkkürlərimizi bildirir, Sizin rəhbərliyinizlə şanlı Ordumuzun daha böyük zəfərlər qazanaraq torpağımızı tezliklə mənfur erməni işğalçılarından təmizləyəcəyinə inanırıq. Bu müqəddəs yolda Sizə - möhtərəm Prezidentimizə uğurlar arzulayırıq. 

Hörmətlə,

Yüzbaşıyev Məhəmməd, professor

Muxtarov Oqtay, professor

Məmmədov Bəxtiyar, professor

Rüstəmov Aydın, dosent

İbrahimzadə Kamal, dosent

Əliyeva Mehriban, baş müəllim

Əliyev Pərviz, baş müəllim.

Türkiyə Respublikası, Tokat şəhəri.