11 may 2016, 19:00

Qabil Quliyevdən, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident.

Milli teatr sənəti qarşısındakı xidmətlərimi yüksək qiymətləndirərək məni Prezident mükafatına layiq gördüyünüzə görə Sizə dərin təşəkkürümü bildirirəm.

İncəsənət sahəsində çalışan yaradıcı insanlara göstərdiyiniz yüksək diqqət və qayğı sənət adamlarının üzərinə daha böyük məsuliyyət qoyur. Bu etimadı doğruldaraq milli ideologiyamızın formalaşması, dövlətimizin təbliği və vətənpərvərlik işinin yerinə yetirilməsində həmişəki kimi, ön sırada olacağıq.

Müstəqil ölkə kimi Azərbaycanın dünya dövlətləri arasında mövqeyinin gündən-günə möhkəmlənməsi, Silahlı Qüvvələrimizin apreldəki inamlı qələbəsi Sizin Prezident və Ali Baş Komandan kimi apardığınız uğurlu siyasətin nəticələridir.

Hörmətli cənab Prezident, ölkəmizin inkişafı, xalqımızın rifahı naminə Sizə möhkəm cansağlığı və uzunmüddətli prezidentlik fəaliyyəti arzu edirəm.

Hörmətli,

Quliyev Qabil, Xalq Artisti.

Azərbaycan Respublikası, Lənkəran şəhəri.