11 may 2016, 18:50

Yasin Qarayevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Mayın 10-da görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin ölməz xatirəsini yad edib ruhuna dualar oxudum. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməyiniz məni çox məmnun edir. Mədəniyyət və incəsənət xadimlərinə diqqət və qayğınız göz önündədir. Bu il mayın 6-da imzaladığınız Sərəncamınızla Prezidentin fərdi təqaüdünü verdiyiniz sənətçilərin siyahısında mənim də adımın olmasına çox sevindim və buna görə Sizə səmimi təşəkkürümü bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayıram. Tanrı Sizi qorusun.

Hörmətlə, 

Qarayev Yasin, Xalq Artisti, Prezident təqaüdçüsü. 

Azərbaycan Respublikası, Bakı şəhəri.