Emin Pənahovdan, Tərtər, Azərbaycan
Text size
12 may 2016, 14:00
Cənab Ali Baş Komandan.
Biz tərtərli gənclər Sizin daxili və xarici siyasətinizi dəstəkləyir, ətrafınızda sıx birləşirik. Rayonumuza səfəriniz hər kəsi, eləcə də gəncləri qürurlandırdı. Fəxr etdik ki, Sizin kimi qətiyyətli Prezidentimiz var.
Möhtərəm Prezident, Tərtərə və tərtərlilərə göstərdiyiniz diqqət və qayğıya görə gənclərimiz adından Sizə minnətdarlığımızı bildirir, qayğınıza əməli işlərimizlə cavab verməyə çalışacağımıza söz veririk. Sizi əmin edirik ki, tərtərli gənclərin hər biri Ali Baş Komandanın əmrinə “Vətənin müdafiəsinə hazıram” deyir.
Hörmətlə,
Pənahov Emin,
YAP Tərtər rayon təşkilatının sədri.
Azərbaycan Respublikası, Tərtər rayonu.