12 may 2016, 14:15

Teymur Göyçayev və başqalarından, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

“İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” 2016-cı il 6 may tarixli Sərəncamınızla təltif edilən şəxslərin siyahısında adımızın olması bizə böyük sevinc bəxş etdi. Sizdən gördüyümüz diqqət və qayğı səhnə fəaliyyətimizə hər zaman çox müsbət təsir göstərir.

Əziz Prezidentimiz, əməyimizə verdiyiniz yüksək qiymətə görə Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Sizin ölkəmizə rəhbərliyiniz dövründə Azərbaycan mədəniyyətinin və incəsənətinin daha da inkişaf edəcəyinə və geniş təbliğ olunacağına əminik. Biz də bu yolda Sizin ən yaxın silahdaşlarınızıq.

Hörmətlə, 

Göyçayev Teymur, Q.Qarayev adına Azərbaycan adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri, Xalq Artisti

İbrahimova Şəhla, Xalq Artisti

Məmmədov Sirus, Əməkdar Artist

Paşazadə Sahib, Əməkdar Artist

Bağırov Viktor, Əməkdar Artist.

Azərbaycan Respublikası, Bakı şəhəri.