Əbu-Dabi Əmirliyinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Al Nəhyandan

23 may 2016, 18:40

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırır, müdrik rəhbərliyinizlə dost və qardaş ölkənizə davamlı tərəqqi, yüksək rifah arzulayıram.

Cənab Prezident, Sizə böyük hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Məhəmməd bin Zayed Al Nəhyan,

Əbu-Dabi Əmirliyinin vəliəhdi,

Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini