Gerb

24 may 2016, 11:30

Hörmətli cənab Prezident.

Mayın 1-də bütün pravoslav xristianları, eləcə də Sabirabad rayonunda yaşayan rus icmasının üzvləri Pasxa bayramını qeyd etdilər. Bayram münasibətilə bizə ünvanlanan təbrikə, bu ərəfədə bizimlə görüşün təşkilinə, göstərilən dəstəyə və maddi köməyə görə rus icmasının bütün üzvləri adından Sizə dərin minnətdarlığımızı çatdırmaq istəyirəm.

Razılıq hissi ilə bildirirəm ki, rayonda təşkil edilmiş görüşdə mənim və rus icmasının digər üzvlərinin çıxışları diqqətlə dinlənildi, qaldırdığımız bütün məsələlər qısa müddətdə öz müsbət həllini tapdı.

Mayın  8-də isə biz paytaxtdan gələn Bakı-Azərbaycan yeparxiyasının nümayəndə heyəti ilə Sabirabad rayonunda yerləşən rus qəbiristanlığında olduq. Buranın abad görkəmi hər birimizi fərəhləndirdi.

Möhtərəm Prezident, rus icmasına göstərilən qayğıya görə bir daha Sizə təşəkkürümüzü bildirirəm.

Dərin hörmətlə,

Qluxov Aleksandr Fyodoroviç,

Sabirabad rayonunun rus icmasının sədri.

Azərbaycan Respublikası, Sabirabad rayonu.