24 may 2016, 12:50

Aygün Qəhrəmanovadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərdiyiniz qayğı son illərdə bu sahələrin daha da inkişafına səbəb olub. Bu qayğı sayəsində yaradıcı insanlarda böyük maraq oyanıb, möhtəşəm səhnə əsərləri ərsəyə gəlib, yeni sənətkarlar yetişib.

Sumqayıt Dövlət Dram Teatrının binasının əsaslı təmir olunması, müasir standartlara uyğun yenidən qurulması da bu işlərin davamıdır.

Möhtərəm Prezident, Sumqayıt mədəniyyət sahəsinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkürümüzü  bildirir, fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Qəhrəmanova Aygün Qəhrəman qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri, Corat qəsəbəsi.