Allahverdi Nuriyevdən, Bakı, Azərbaycan
Text size
24 may 2016, 16:30
Hörmətli cənab Prezident!
Tarixən bizə düşmən kəsilmiş, xalqımızı gözü götürməyən ermənilərin əzəli torpaqlarımızı işğal altında saxlaması bir şəhid atası olaraq məni də qəlbən sızladır. Ancaq biz ümidimizi üzmürük. Aprel ayında baş verən döyüşlər bu ümidlərimizi daha da artırıb.
Əminik ki, Sizin məqsədyönlü fəaliyyətiniz və lazımı siyasi gedişləriniz nəticəsində düşmənlərimiz barəsində tədbirlər görüləcək və onlar peşman olacaqlar.
Sizə uzun ömür, möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə,
Nuriyev Allahverdi Hüseyn oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.