25 may 2016, 19:00

Anar Quliyev və başqalarından, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident.

Biz Lənkəranın Vilvan kəndinin Veravul çayı keçən ərazilərində yaşayırıq. Uzun illər idi ki, sel suları bu əraziləri hədəfə almışdı. Nəticədə kəndi rayon mərkəzi ilə birləşdirən avtomobil yolu bağlanmış, evlər, əkin sahələri, körpülər təhlükə ilə üz-üzə qalmışdı. Sizin göstərişinizlə aidiyyəti orqanlar tərəfindən hər şey dəqiq təhlil edildikdən sonra müvafiq tədbirlər görüldü. Qısa zamanda kəndin yolu bərpa olundu və çay kənarında sahilbərkitmə işləri aparıldı.

Cənab Prezident, belə bir məsəl var: “Nəzəriyyə təcrübəsiz, dövlət ədalətsiz fayda verə bilməz”. Məhz Sizin sayənizdə ölkəmizdə ədalət hökm sürür. Əgər dövlət tərəfindən lazımi vəsait ayrılmasaydı, bizim ata-baba yurdumuz təhlükədən xilas olmazdı. Bu, Sizin tərəfinizdən xalqa verilən dəyərin nəticəsidir.

Möhtərəm Prezident, bu ölkəyə rəhbərlik şərəfi Sizə verilib. Qoy, bu şərəf sonsuzadək Sizinlə qalsın!

Dərin hörmətlə,

Quliyev Anar,

Sadıqzadə Fərda

Məmmədov Nazim

Sadiq Malıyev və başqaları (cəmi 52 nəfər).

Azərbaycan Respublikası, Lənkəran rayonu, Vilvan kəndi.