Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun Hüquq və İnsan Haqları İnstitutu adlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

26 may 2016, 18:10

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutu Hüquq və İnsan Haqları İnstitutu adlandırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 may 2016-cı il.