İlham Əliyev Dövlət Neft Şirkətinin yeni inzibati binasının açılışında iştirak edib

30 may 2016, 10:45
İlham Əliyev Dövlət Neft Şirkətinin yeni inzibati binasının açılışında iştirak edib

Bakının Heydər Əliyev prospektində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Son illərdə Bakıda tikilib istifadəyə verilən memarlıq nümunələri Azərbaycan paytaxtının inkişaf tempini göstərir, şəhərimizin abadlaşmasında və daha da gözəlləşməsində xüsusi rol oynayır. “Qara qızıl”ı insan kapitalına çevirməliyik” məqsədini qarşıya qoyan dövlətimizin başçısı neftdən gələn gəlirlərin bir hissəsinin həm də nəhəng infrastruktur layihələrinin icrasına yönəltməklə bu gün Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib. Bu prosesdə paytaxtın ən hündür “göydələn”i olan SOCAR-ın yeni inzibati binası xüsusilə seçilir. Bu nəhəng tikilinin təməli 2010-cu il oktyabrın 12-də Prezident İlham Əliyev tərəfindən qoyulub.

Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsdi.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev dövlətimizin başçısına binada yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, binanın layihələndirilməsi işlərinə 2007-ci ildə başlanılıb. Elan olunan müsabiqədə Fransa, İtaliya, Böyük Britaniya, Koreya Respublikası, Türkiyə və Azərbaycanın bir sıra nüfuzlu şirkətlərinin təkliflərinə baxılıb. Müasirlik, funksional xüsusiyyətlərinin əlverişliliyi, paytaxtın arxitekturasına, habelə Dövlət Neft Şirkətinin qoyduğu texniki şərtlərə uyğunluğu baxımından Koreya Respublikasının “Heerim Architects & Planners Co. Ltd” şirkəti tərəfindən təqdim olunan “Külək-alov” konsepsiyası daha cəlbedici hesab edilib və layihələndirmə işlərinin məhz həmin konsepsiya əsasında aparılması məqsədəuyğun sayılıb. 2010-cu ilin martında SOCAR-ın yeni inzibati binasının tikintisi üzrə xidmətlərin göstərilməsi üçün açıq müsabiqə elan edilib. Dünyanın 8 nüfuzlu tikinti şirkətinin iştirak etdiyi tenderdə Türkiyənin “TEKFEN İnşaat” şirkəti qalib gəlib. Təxminən beş il ərzində aparılan tikinti işləri nəticəsində paytaxtın ən gözəl memarlıq nümunələrindən biri ərsəyə gəlib.

Binanın birinci mərtəbəsində xalqımızın ümummilli lideri, Azərbaycanın yeni neft strategiyasının banisi Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edən fotoguşə yaradılıb, Ulu Öndərin barelyefi vurulub.

Qeyd olundu ki, SOCAR-ın yeni inzibati binası müasir beynəlxalq standartlara tam cavab verir və burada yüksək təhlükəsizlik tədbirləri görülüb. Binanın təhlükəsizlik və texniki sistemlərinin idarə edilməsi vahid mərkəzdən həyata keçirilir. Hündürlüyü 200 metr olan binanın 40 mərtəbəsi yerüstü, 2 mərtəbəsi isə yeraltı olmaqla ümumilikdə 5 hektar sahəni əhatə edir. Paytaxtda müasir memarlıq üslubu ilə fərqlənən və xüsusi gözəlliyi ilə seçilən binanın 34-37-ci mərtəbələri rəhbərliyin ofisləri, 18-33-cü mərtəbələr baş ofisin idarə və şöbələri, 3-16-cı mərtəbələr isə şirkətin struktur bölmələrinin ofisləri kimi fəaliyyət göstərəcək. Binanın konstruksiyası dəmir-beton özək divarlı və polad quruluşlu kompozit sistemə əsaslanıb. Rixter cədvəli üzrə 9 ballıq zəlzələyə davamlı olan binanın layihəsi Kanadada xüsusi beynəlxalq laboratoriyada virtual şəraitdə sınaqdan keçirilib və saatda 190 kilometr külək sürətinə hesablanıb.

Bildirildi ki, yeni inzibati binada üç konfrans zalı var. Buradakı 233, 110 və 22 yerlik konfrans zallarında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb.

Konfrans zalı ilə tanışlıq zamanı Prezident İlham Əliyev binanın tikintisini əks etdirən videogörüntülərə baxdı.

Binada hər cür avadanlıqla təchiz olunan iki fitnes mərkəzi də qurulub. Yeni binanın 450 nəfərlik yeməkxanasında, həmçinin 130 nəfər üçün nəzərdə tutulan kafeteriyasında da hər cür şərait yaradılıb. Binanın podyum hissəsində əməkdaşların istifadəsi üçün zəngin ədəbiyyatla təmin edilən kitabxana da var.

Diqqətə çatdırıldı ki, binanın yeraltı hissəsində 1045, ərazisində isə 240 avtomobil yerlik dayanacaqlar yaradılıb. Külək-tunel testinə uyğun olaraq, əsmə amplitudasının məhdudlaşdırılması məqsədilə bina damper sistemi ilə təchiz olunub. Fasadın təmizlənməsi və digər xidmətlər binanın üstündə yerləşən teleskopik səbətli kran vasitəsilə həyata keçiriləcək. Bundan əlavə, bina qoşa kabinəli liftlər və avtomatlaşdırılmış mərkəzi yönləndirmə sistemləri ilə təmin olunub.

Bina ilə tanışlıqdan xatirə şəkli çəkdirildi.

Bu gün dünyada Azərbaycan brendi kimi çıxış edən SOCAR artıq uzun illərdir ölkəmizin yanacaq-enerji təhlükəsizliyini, neft-qaz və neft-kimya sənayesinin inkişafı üzrə strateji maraqları təmin etməyi, qabaqcıl və ekoloji cəhətdən təmiz texnologiyalardan istifadə edərək ölkənin elmi-texniki, iqtisadi və intellektual potensialının artırılmasına dəstək olmağı, regional və beynəlxalq enerji layihələrində həlledici mövqe tutmağı, karbohidrogen ehtiyatlarının və emal məhsullarının daxili və xarici bazarlarda satışından maksimum mənfəət əldə etməyi qarşısına məqsəd qoyub və bu məqsədlərə də çatıb. 1994-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük səyləri sayəsində imzalanan “Əsrin müqaviləsi” ilə başlanan yeni neft strategiyası Azərbaycanın sürətli inkişafında mühüm rol oynayıb. Hazırda 7 nəql marşrutuna malik olan ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rolu ilə diqqət çəkir. Azərbaycan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərindən sonra Prezident İlham Əliyevin güclü dəstəyi ilə TANAP və TAP qaz kəmərlərinin, bütövlükdə “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasında aparıcı qüvvə kimi çıxış edir.

İndi Bakı sürətli inkişafı ilə dünyada mötəbər beynəlxalq tədbirlərin keçirildiyi, uğurlu iqtisadi və enerji layihələrinin icra olunduğu mühüm mərkəz funksiyasını şərəflə yerinə yetirir. Bu gün enerji resurslarımız dövlət müstəqilliyimizin dayaqlarının daha da möhkəmlənməsində mühüm rol oynayır, xalqımızın rifahına və xoşbəxt gələcəyinə xidmət edir. Zəngin və şərəfli keçmişi olan Azərbaycan neftinin gətirdiyi uğurlar sayəsində ölkəmizin regionlarının və paytaxtımızın abadlaşdırılması istiqamətində görülən tədbirlərin geniş vüsət alması da bu amaldan qaynaqlanır. Bu isə özlüyündə Bakının müasir simasının yaradılması ilə bağlı Prezident İlham Əliyevin həyata keçirdiyi konsepsiyanın uğurla reallaşdığını təsdiqləyir. SOCAR-ın yeni inzibati binası da bu istiqamətdə atılan addımlardan biridir.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10