Gerb

01 iyun 2016, 21:05

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılması və onun fəaliyyətinin təşkili ilə əlaqədar qərara alıram:

“Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin yaradılması və idarəetməyə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 14 iyun tarixli 441 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 6, maddə 447; 2001, № 3, maddə 207) əlavə edilmiş “Bakıelektrikşəbəkə” açıq tipli səhmdar cəmiyyətinin tərkibinə daxil edilən müəssisə və obyektlərin Siyahısı” ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyun 2016-cı il.