02 iyun 2016, 11:30

Zaur Sadıqovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin və Birinci xanım Mehriban Əliyevanın yüksək diqqət və qayğısını biz müharibə əlilləri, veteranları və şəhid ailələri daim öz üzərimizdə hiss edirik. Sizin apardığınız uğurlu sosial siyasət nəticəsində mənzil-məişət şəraitimiz gündən-günə yaxşılaşır.

Cənab Ali Baş Komandan, şanlı ordumuzun şücaəti nəticəsində düşmənə sarsıdıcı zərbələr vurulması, bəzi yüksəkliklərin azad olunması məni qürurlandırdı. Əminik ki, apardığınız ardıcıl, məqsədyönlü islahatlar sayəsində gündən-günə müasirləşən, güclənən, əzmkar Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı yağı düşməndən azad edəcək, şanlı üçrəngli bayrağımız əzəli torpaqlarımızda dalğalanacaqdır.

Hörmətli cənab Prezident, Qarabağ əlillərinin məşğulluq səviyyəsinin yüksəldilməsi ilə əlaqədar mütəmadi işlər aparılır. Kiçik sahibkarlıq fəaliyyətimin inkişaf etdirilməsinə kömək göstərildiyi üçün öz adımdan və ailəm adından dərin minnətdarlığımızı bildirir, Ulu Tanrıdan Sizə uzun ömür və cansağlığı diləyir, xalqımızın rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Dərin hörmətlə,

Sadıqov Zaur

Qarabağ əlili

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi