03 iyun 2016, 14:45

N. Ağakişiyev və Ə.Baləliyevdən, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident.

İsmayıllı rayonunun Hacıhətəmli, Gideyli və Kürdeldarbəyli kəndlərinin bütün ictimaiyyəti adından 2015-ci ildə “Dünyada ilin adamı” seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.

Tam əminliklə qeyd edirik ki, ağıllı və uzaqgörən siyasətiniz Azərbaycanı bundan sonra daha da irəli aparacaq və dünya ictimaiyyəti Sizin müdrikliyiniz sayəsində respublikamızı qüdrətli rəhbəri olan ölkə kimi daha yaxından tanıyacaqdır.

Hörmətlə,

Ağakişiyev N

Baləliyev Ə.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Hacıhətəmli kəndi.