Gerb

03 iyun 2016, 17:15

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Dost Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə böyük məmnuniyyətlə ən xoş salamlarımızı və səmimi təbriklərimizi çatdırırıq.

Fürsətdən  istifadə  edərək,  Küveyt  Dövləti  ilə  Azərbaycan Respublikasını bir-birinə bağlayan dostluq münasibətlərindən məmnunluğumuzu xüsusi vurğulayır, ikitərəfli əlaqələri daha da möhkəmləndirmək və ölkələrimiz arasındakı əməkdaşlıq sahələrini dost xalqlarımızın mənafeyi naminə daha da genişləndirmək niyyətimizi bildiririk.

Zati-alinizə bir daha öz səmimi təbriklərimizi yetirir, Sizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına davamlı tərəqqi və çiçəklənmə arzulayırıq.

Ən xoş arzularla,

Cabir əl-Mübarək əl-Həməd əl-Sabah

Küveyt Dövləti Nazirlər Şurasının sədri