03 iyun 2016, 17:35

Elmira Məmmədovadan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident.

Respublikamızın bütün bölgələrində olduğu kimi, yaşadığımız doğma Sumqayıt şəhərində son günlər geniş vüsət alan tikinti, quruculuq, abadlıq işlərini şəhər sakinləri böyük rəğbətlə qarşılayırlar.

Şəhərimizdə yeni parkların salınmasına, xüsusilə də dənizkənarı parkda aparılan abadlıq işlərinə, şəhərimizə və əhaliyə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı,  səmimi təşəkkürümüzü və böyük ehtiramımızı bildiririk.

Dərin hörmət və ehtiramla,

Məmmədova Elmira Ələmşah qızı, “Tərəqqi” medallı tibb bacısı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.